Xəzər Xəbər

Bakıda baş verən dəhşətli hadisə barədə RƏSMİ MƏLUMAT

Hadisə | 15:09 • 27 Aprel 2020
Bakıda baş verən dəhşətli hadisə barədə

Daxili İşlər Nazirliyi ötən gecə Bakıda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.

XəzərXəbər nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, aprelin 26-da saat 20 radələrində Pirallahı rayonunun Pirallahı qəsəbəsi ərazisində qəsəbə sakinləri Oleq Qarkaviyin idarə etdiyi "Hyundai” və Ə.Dilavərovun idarə etdiyi "Ford” markalı avtomobillər toqquşub. Nəticədə O.Qarkaviy xəstəxanaya aparılarkən yolda ölüb, 1 sərnişini, habelə digər sürücü və onun 2 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Pirallahı RPŞ tərəfindən araşdırma aparılır.

Xəbər lenti