Xəzər Xəbər

Maşından pul və zinət əşyaları oğurlayan keçmiş məhkum ələ keçdi

Hadisə | 14:23 • 27 Aprel 2020
Maşından pul və zinət əşyaları oğurlayan keçmiş məhkum ələ keçdi

Avtomobildən pul və zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

XəzərXəbər xəbər verir ki, Daxili İşlər Nazirliyinin "102” Xidməti - Zəng mərkəzinə martın 17-i gecə saatlarında Sabunçu rayonu Maştağa qəsəbəsindəE.Yusifova məxsus "VAZ 2107” markalı avtomobildən naməlum şəraitdə 1000 manat pul və 600 manat dəyərində zinət əşyalarının oğurlanması barədə məlumat daxil olub.

Məlumat əsasında Sabunçu RPİ-nin 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsindəqızıl-zinət əşyalarını qeyri-aşkar şəraitdə oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1985-ci il təvəllüdlü H.Bədəlov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti