Xəzər Xəbər

Bakıda DƏHŞƏTLİ QƏZA: Ölən və yaralananlar var

Hadisə | 10:05 • 27 Aprel 2020
Bakıda DƏHŞƏTLİ QƏZA:

Bakıda ölümlə və xəsarətlə nəticələnən ağır yol qəzası baş verib.

Hadisə Pirallahı rayonunda qeydə alınıb.

Belə ki, rayon ərazisində "Hyundai” markalı minik avtomobili ilə "Ford” markalı yük maşını toqquşub. Hadisə nəticəsində 1 nəfər ölüb. Ölən şəxsin "Hyundai” markalı avtomobilin sürücüsü olduğu bildirilir.

Qəza zamanı eləcə də "Ford"un Əli adlı (soyadı dəqiqləşdirilir-red) sürücüsü, habelə 17 yaşlı Qaçayev Sahil Rahil oğlu, 40 yaşlı Aleksandr Bıkovski müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib. S.Qaçayevə sol bud sümüyünün sınığı, A.Bıkovskiyə qapali kəllə-beyin travması diaqnozları qoyulub. Məlumata görə, hadisə nəticəsində "Ford"un sürücüsünün ayaqları sınıb.

Şahidlərin sözlərinə görə, qəzaya "Hyundai" markalı avtomobilin əks tərəfə - qarşıdan gələn yük maşınının yoluna çıxması səbəb olub.//Report

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti

Çox oxunanlar