Xəzər Xəbər

Narkotiklə tutulmuş şəxsin digər cinayəti də üzə çıxıb

Hadisə | 16:16 • 25 Aprel 2020
Narkotiklə tutulmuş şəxsin digər cinayəti də üzə çıxıb

Narkotik vasitə ilə tutulmuş R.Məmmədovun ətrafında Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.İsgəndərli ilə birgə aprelin 23-də həmyerlisi T.Hüseynova zor tətbiq edib 50 manat pul tələb etmələri, pulunun olmadığını bildirdikdə isə onun mobil telefonunu almaları da müəyyən edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, əməliyyat tədbirləri ilə Ə.İsgəndərli də polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər lenti