Xəzər Xəbər

Sumqayıtda ev və çayxana yanıb, xəsarət alan var

Hadisə | 09:54 • 25 Aprel 2020
Sumqayıtda ev və çayxana yanıb, xəsarət alan var

Sumqayıt şəhərində yanğın olub.

Xezerxeber.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, ümumi sahəsi 80 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və içərisindəki əşyalar 50 m² sahədə, yaxınlıqda ümumi sahəsi 110 m² olan çayxananın dam örtüyü 2 m² sahədə yanıb. Yanğın zamanı 1 nəfər xəsarət alıb. Evin və çayxananın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti