Xəzər Xəbər

Antiseptik məhsullardan istifadə orucu pozur?

Hadisə | 17:42 • 24 Aprel 2020
Antiseptik məhsullardan istifadə orucu pozur?

Koronavirus yayılmaqda davam edir. Həkimlərsə məlum təhlükəli virusa yoluxma riskini azaltmaq məqsədi ilə mütəmadi olaraq əlləri dezinfeksiya etməyi məsləhət görür.

COVID-19-dan qorunmaq üçün mütəxəssislər əlləri antiseptik məhsullar, spirt, o cümlədən kolonya ilə tez-tez silməyi tövsiyə edir, xüsusilə evdən çıxanda. Lakin Ramazan ayının başlaması dezinfeksiya məqsədilə istifadə edilən spirt tərkibli məhsulların orucu pozub-pozmaması haqqında bir sıra sualların yaranmasına səbəb olub.

Türkiyə mətbuatı xəbər verir ki, Diyanət İşləri Müdirliyi bu suala cavab verib. Bildirilib ki, ətir və odekolondan istifadə orucu pozmur. O da qeyd olunub ki, makiyaj və kosmetik məhsullardan istifadə də orucu pozmur.

"Oruc tutan şəxs dişlərini müalicə etdirə bilərmi?” sualına isə belə cavab verilib:

"Morfin və ya morfinsiz dişləri müalicə etmək orucu pozmaz. Ancaq müalicə zamanı qan və ya hər hansı maddənin udulması istisnadır”./publika.az

Rubrikanın digər xəbərləri

Xəbər lenti