Xəzər Xəbər

Çernobılda yenidən meşə yanğınları başladı

Hadisə | 09:51 • 24 Aprel 2020
Çernobılda yenidən meşə yanğınları başladı

Ukraynanın Çernobıl bölgəsində meşə yanğınları yenidən başlayıb.

Bir neçə həftə əvvəl başlayan yanğınlar tamamilə söndürülmədiyi üçün genişlənib. Bölgədə 3 yanğın ocağı var. Alovun qarşısının alınması üçün mindən çox yanğınsöndürən cəlb edilib.

Qeyd edək ki, Çernobıl Atom Stansiyası üçün təhlükə kəsb edən yanğınların aprelin 14-də söndürüldüyü açıqlanmışdı./publika.az

Xəbər lenti

Çox oxunanlar