Xəzər Xəbər

Bakıda karantin rejimini pozan şəxs həbs edildi

Hadisə | 18:09 • 23 Aprel 2020
Bakıda karantin rejimini pozan şəxs həbs edildi

Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin tələblərini pozan şəxslərlə bağlı tədbirlər davam etdirilir.

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumata yayıb.

Bildirilib ki, aprelin 23-də Səbail rayonu, Neftçilər prospekti 67 ünvanında təşkil edilmiş nəzarət postunda aparılan yoxlamalar zamanı bir şəxs sənədlərini təqdim etməkdən imtina edib, səs-küy salıb,həmçinin, polis əməkdaşının qanuni tələblərinə tabe olmayıb.

Həmin şəxs orada xidmət aparan polis əməkdaşları tərəfindən Səbail RPİ-nin 9-cu Polis Bölməsinə gətirilib. Araşdırmalarla onun Lənkəran rayon sakini Cəmil Əhmədli olması müəyyən edilib.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub və rayon məhkəməsinin qərarı ilə 15 gün müddətində inzibati həbs edilib.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti