Xəzər Xəbər

Avtoyuma məntəqəsində işləyən şəxs müştərinin avtomobilini qaçıraraq qəza törədib

Hadisə | 13:18 • 22 Aprel 2020
Avtoyuma məntəqəsində işləyən şəxs müştərinin avtomobilini qaçıraraq qəza törədib

Aprelin 20-də saat 21 radələrində Xətai rayonu ərazisindəki avtoyuma məntəqələrinin birində yuyucu işləyən Astara rayon sakini M.Bağırov Bakı şəhər sakini T.Şamilova məxsus "Kia” markalı avtomobili qaçırıb və paytaxt sakini E.Abdullayevin idarə etdiyi "VAZ-21015” markalı avtomobilə vurub. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, E.Abdullayev xəstəxanaya yerləşdirilib.

Xətai Rayon Polis İdarəsinin 36-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Bağırov saxlanılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Xəbər lenti