Xəzər Xəbər

DİN: əvvəlki dövrlərdən bağlı qalmış altı cinayətin açılması təmin olunub

Hadisə | 12:52 • 22 Aprel 2020
DİN: əvvəlki dövrlərdən bağlı qalmış altı cinayətin açılması təmin olunub

Respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 20 cinayətin üstünü "isti izlər”lə açıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış altı cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 11 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 3 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb.

Xəbər lenti