Xəzər Xəbər

Bakıda tibb bacısı dəm qazından boğularaq ölüb

Hadisə | 10:49 • 22 Aprel 2020
Bakıda tibb bacısı dəm qazından boğularaq ölüb

Bakıda tibb bacısı dəm qazından boğularaq ölüb.

Hadisə paytaxtın Nəsimi rayonu, Moskva prospekti ev 62, mənzil 19-da qeydə alınıb.

Həmin ünvanda yaşayan, Akademik M. Mirqasımov adına Respublika Klinik Xəstəxanasında tibb bacısı işləyən, 1957-ci il təvəllüdlü Şəhla Həsənova dəm qazından boğularaq ölüb.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. (APA)

Xəbər lenti

Çox oxunanlar