Xəzər Xəbər

Sumqayıtda keçmiş məhkumdan narkotik vasitə götürülüb

Hadisə | 16:57 • 21 Aprel 2020
Sumqayıtda keçmiş məhkumdan narkotik vasitə götürülüb

Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş K.Nəbiyevdən 480 qram marixuana götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti