Xəzər Xəbər

Nəsimi rayonunda evdən qızıl-zinət əşyaları oğurlanıb

Hadisə | 15:13 • 21 Aprel 2020
Nəsimi rayonunda evdən qızıl-zinət əşyaları oğurlanıb

Nəsimi və Salyan rayonlarında oğurluqla məşğul olan şəxslər tutulublar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, Nəsimi rayonu ərazisindəki evlərin birindən 1300 manat dəyərində qızıl-zinət əşyaları və qol saatı oğurlamaqda şübhəli bilinən Quba rayon sakini K.Babayev Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

Salyan Rayon Polis Şöbəsinin əməkdaşları isə E.Rzayevin avtomobilindən 655 manat pul və sənəd oğurlamaqda şübhəli bilinən şəhər sakini Y.Nəzirovu yaxalayıblar. Hər iki faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar