Xəzər Xəbər

Bakıda taksi yoxlama postunda polisi və hərbçini vurub

Hadisə | 13:18 • 21 Aprel 2020
 Bakıda taksi yoxlama postunda polisi və hərbçini vurub

Bakıda yoxlama postunda polis və hərbiçi avtomobillə vurulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, aprelin 19-da saat 22 radələrində "COVİD-19” xüsusi karantin rejimi ilə əlaqədar Nəsimi rayonunun Bakıxanov küçəsində quraşdırılmış postda Bakı şəhər sakini B.Abbasov idarə etdiyi "London Taxi” markalı avtomobillə orada xidmət aparan Nəsimi RPİ-nin əməkdaşı X.Allahverdiyevi və DİN Daxili Qoşunlarında xidmət edən R.Bəxtiyarlını vurub.

Onlar DİN-in Hospitalına yerləşdiriliblər.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində B.Abbasov saxlanılıb.

Xəbər lenti