Xəzər Xəbər

Xəzər rayonunda ikimərtəbəli ev yanıb

Hadisə | 10:43 • 21 Aprel 2020
Xəzər rayonunda ikimərtəbəli ev yanıb

Xəzər rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən xezerxeber.az-a bildiriblər ki, hadisə ümumi sahəsi 198 kvadratmetr olan ikimərtəbəli 7 otaqlı evdə qeydə alınıb. Nəticədə ev yanaraq yararsız vəziyyətə düşüb. Yaxınlıqdakı köməkçi tikili yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Xəbər lenti