Xəzər Xəbər

56 yaşlı qadın spirtdən öldü - BAKIDA

Hadisə | 17:26 • 20 Aprel 2020
56 yaşlı qadın spirtdən öldü - BAKIDA

Bakıda qadın spirtdən zəhərlənərək ölüb.

Hadisə Yasamal rayonunda baş verib. Yasamal rayonu, S.Dadaşov küçəsi, 523-cü məhəllə, ev 34/1 ünvanında yaşayan 1964-cü il təvəllüdlü İvleva Yelena Vladimirovna evdə metil spirti (tibbi spirt) içərək zəhərlənib.

Ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilən qadın orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti