Xəzər Xəbər

Qusarda dəhşətli qəza: Ölən var

Hadisə | 16:14 • 20 Aprel 2020
Qusarda dəhşətli qəza: Ölən var

Qusar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Rayonun Həsənqala kəndi ərazisində kənd sakini B.Mustafayev idarə etdiyi "NAZLifan” markalı avtomobili yolun kənarındakı elektrik dirəyinə vurub.

Nəticədə avtomobildəki sərnişin - Balaqusar kənd sakini Taləddin Musayev hadisə yerində ölüb.

Faktla bağlı Qusar rayon polis şöbəsində araşdırma aparılır.


Xəbər lenti