Xəzər Xəbər

Bakının üç rayonunda əməliyyat: 6 nəfər həbs edildi

Hadisə | 15:01 • 20 Aprel 2020
Bakının üç rayonunda əməliyyat:

Bakının Nizami rayonunda əməliyyat keçirilib.

Nizami rayon Polis İdarəsinin-nin 23-cü polis bölməsinə müraciət edən Bakı şəhər sakini M.İsmayılov aprelin 19-da rayon ərazisindən "Mercedes” markalı avtomobilinin qaçırıldığını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Ucar rayon sakini, əvvəllər məhkum olunmuş R.Mikayılov Xətai rayonu ərazisində avtomobillə birgə polis əməkdaşları tərəfindən saxlanılıb.

Bundan başqa, Xətai rayon Polis İdarəsinin 34-cü polis şöbəsinə müraciət edən Bakı şəhər sakini M.Məmmədov aprelin 18-də rayon ərazisindəki avtoyuma məntəqələrinin birindən "BMW” markalı avtomobilinin qaçırıldığını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən paytaxt sakini R.Əhmədov aprelin 19-da A.Cəlilov küçəsində avtomobillə birgə polis əməkdaşları tərəfindən saxlanılıb.

Daha bir əməliyyat Binəqədi rayonunda keçirilib.

Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 19-da H.Bəşirova məxsus "VAZ-2107” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakinləri N.Tağıyev, O.Salmanov və əvvəllər məhkum olunmuş E.Rzayev tutulub.

Bundan başqa, Binəqədi rayon Polis İdarəsinin 4-cü polis şöbəsi və 6-cı polis bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 16-da Bakı şəhər sakini E.Yusifovun 230 manatını və mobil telefonunu soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş S.Abbasov saxlanılıb.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti