Xəzər Xəbər

E-Manat terminalını sındırıb 2400 manat oğurladı

Hadisə | 14:51 • 20 Aprel 2020
E-Manat terminalını sındırıb 2400 manat oğurladı

Azərbaycanda ödəmə terminalından və mağazadan oğurluq etmiş şəxs tutulub.

Daxili İşlər Nazirliyi xəbər verir ki, Göygöl RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 7-də rayon ərazisindəki mağazaların birindən 200 manat və tütün məmulatı, habelə orada quraşdırılmış "E-manat” ödəmə terminalından sındırmaq yolu ilə 2047 manat oğurlamaqda şübhəli bilinən Göygöl şəhər sakini, əvvəllər məhkum olunmuş M.Abbasov saxlanılıb.

Həmin şəxsin ətrafında əlavə araşdırmalar aparılır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti