Xəzər Xəbər

Karantin qaydalarını pozaraq balıq ovlayanlar saxlanıldı

Hadisə | 12:31 • 20 Aprel 2020
Karantin qaydalarını pozaraq balıq ovlayanlar saxlanıldı

Şabranda karantin qaydalarını pozaraq, balıq ovlayan beş nəfər saxlanılıb.

Bununla bağlı Daxili İşlər NazirliyininMətbuat Xidmətinin Quba regional qrupu məlumat yayıb.

Bildirilib ki, Şabran Rayon Polis Şöbəsinin və Baş Mühafizə İdarəsinin Həyat Əhəmiyyətli Obyektlərin Mühafizəsi üzrə Polis Alayının4-cü bölüyünün əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi qaydalarını pozaraq, Şabran rayonu ərazisində yerləşən "Taxtakörpü” su anbarından balıq ovlayan beş nəfər saxlanılıb.

Araşdırmalarla onların Sumqayıt şəhər sakinləri Fariz Məmmədov, Eldar Cəfərov, Səbuhi İsmayılov və Şabran rayon sakinləri Ziya Şükürov, Şirin Hüseynov olduqları müəyyən edilib.

Məlum olub ki, həmin şəxslər E.Cəfərovun idarə etdiyi "Lada” markalı nəqliyyat vasitəsilə su anbarı ərazisinə gizli yollarla daxil olaraq, oradan balıq ovlamaq istəyiblər. Həmin şəxslərə məxsus tilovlar, eləcə də, dörd ədəd ovlanmış balıq maddi sübut kimi götürülüb.

Faktla bağlı Şabran RPŞ-də araşdırmalar aparılır.

Xəbər lenti