Xəzər Xəbər

Göyçay və Ucarda yanğın oldu

Hadisə | 10:45 • 19 Aprel 2020
Göyçay və Ucarda yanğın oldu

Göyçay rayonunda güclü yanğın olub.

Fövqəladə Hallar Nazirliyi xəbər verir ki, Mırtı kəndində ümumi sahəsi 80 m² olan tövlənin yanar konstruksiyaları və içərisinə yığılan 500 kiloqram ot bağlaması yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxşar hadisə Ucar rayonunun Şahlıq kəndində də qeydə alınıb. Ümumi sahəsi 560 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 120 m² sahədə yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti