Xəzər Xəbər

Bakıda xilasetmə əməliyyatı - Halsız vəziyyətdə aşkarlandı

Hadisə | 10:31 • 19 Aprel 2020
Bakıda xilasetmə əməliyyatı - Halsız vəziyyətdə aşkarlandı

Bu gün Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Qaradağ rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Nazirlik xəbər veeir ki, çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Xəbər lenti