Xəzər Xəbər

Abşeronda 63 yaşlı qadını maşın vurub

Hadisə | 11:21 • 18 Aprel 2020
Abşeronda 63 yaşlı qadını maşın vurub

Abşeron rayonunda ölümlə nəticələnən yol qəza hadisəsi baş verib.

Hadisə rayonun Mehdiabad-Pirşağı yolunda qeydə alınıb.

Abşeron sakini Ağarəhim İbrahimov idarə etdiyi "VAZ 2107" markalı avtomobillə yolu keçən piyada 1957-ci il təvəllüdlü Mirvari Məmmədovanı vurub.

Piyada aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilsə də, orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar