Xəzər Xəbər

Bakıda piyadanı vurub qaçan sürücü saxlanılıb

Hadisə | 12:12 • 17 Aprel 2020
Bakıda piyadanı vurub qaçan sürücü saxlanılıb

Bakıda piyadanı vurub qaçan sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, aprelin 15-də saat 20 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini A.Vlasova vurulub və o, xəstəxanaya yerləşdirilib.

Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən "KİA” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini T. Tağıyev müəyyən edilərək saxlanılıb.

Xəbər lenti