Xəzər Xəbər

Rusiyada azərbaycanlı ailə koronavirusa yoluxdu

Hadisə | 21:25 • 16 Aprel 2020
Rusiyada azərbaycanlı ailə koronavirusa yoluxdu

Rusiyanın paytaxtı Moskva şəhərində azərbaycanlı ailə koronavirusa yoluxub. Onlardan 1954-cü il təvəllüdlü Nuridə Abdullayeva Lubertsi şəhərindəki xəstəxanaya yerləşdirilib.

Bu barədə ailə üzvlərindən Əjdər Abdullayev məlumat verib.

Onun sözlərinə görə, ailə üzvlərində koronavirusun bütün əlamətləri hiss olunurdu: "İki dəfə təcili tibbi yardıma müraciət etdik, gəldilər müayinə etdilər. Bildirdilər ki, "Sizdə COVID-19 yoxdur” və xəstəxanaya aparmaqdan imtina etdilər. İki dəfə də sahə həkimi gəldi və o da sadəcə qrip olduğunu söylədi. Hətta poliklinikaya da müraciət etdik, amma bizdən analiz götürülmədi".

"Vəziyyətimiz getdikcə pisləşirdi, hərarətimiz 39 dərəcədən aşağı düşmürdü. Ona görə də özəl xəstəxanada analiz verməyə qərar verdik. Nəticədə həyat yoldaşıma ağciyərin ikitərəfli pnevmoniyası diaqnozu qoyuldu. Müalicəmizi evdə davam etdirməyi məsləhət gördülər”, - Ə.Abdullayev bildirib.

O vurğulayıb ki, bu gün həyat yoldaşının vəziyyəti pisləşdiyindən yenidən təcili tibbi yardıma müraciət ediblər: "Onu xəstəxanaya apardılar və müayinə zamanı koronavirusa yoluxduğu məlum oldu".

Qeyd edək ki, Əjdər Abdullayev və Nuridə Abdullayeva Azərbaycan, övladları Zabil Abdullayev və Gülnarə Abdullayeva isə Rusiya vətəndaşlarıdır. Hazırda ailənin digər üzvləri koronavirusu yüngül keçirdiklərindən müalicələrini evdə davam etdirirlər. (report)

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti