Xəzər Xəbər

Şabranda ana və oğulun dəhşətli qətli ilə bağlı – Yeni xəbər

Hadisə | 11:56 • 16 Aprel 2020
Şabranda ana və oğulun dəhşətli qətli ilə bağlı

Şabran rayonunda iki nəfəri qətlə yetirməkdə ittiham olunan Nahid İslamovun barəsində həbs qətimkan tədbiri seçilib.

Teleqraf.com-un xəbərinə görə, Şabran rayon Məhkəməsində hakim Çingiz İsgəndərovun sədrliyi ilə baş tutan iclasda istintaq orqanını təqdimatı təmin olunub.

Nahid İslamovun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

İttihama görə, hadisə aprelin 11-də Şabran rayonunun Zeyvə kəndində baş verib.

Şabran rayonunun Zeyvə kəndində İstək Mahmudovanın və oğlu Məhəbbət Məmmədovun yaşadıqları evin həyətində qətlə yetirilmələri barədə daxil olmuş məlumatla əlaqədar dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri ilə qətlin münaqişə zəminində rayon sakini, əvvəllər məhkum olunmuş Nahid İslamov tərəfindən tüfəngdən açılmış atəşlə törədilməsi müəyyən edilib.

Hadisə yerindən qundağı və lüləsi kəsilmiş ov tüfəngi götürülüb.

Qəsdən adam öldürməkdə şübhəli bilinən Nahid İslamov polis əməkdaşları tərəfindən saxlanılıb.

Qeyd edək ki, Zeyvə kənd sakini, 1986-cı il təvəllüdlü Nahid İslamov həmkəndliləri -1963-cü il təvəllüdlü İstək Mahmudova və onun oğlu, 1983-cü il təvəllüdlü Məhəbbət Məmmədovanı güllələyərək öldürməsinin təfərratı məlum olub.

Yenicə həbsdən çıxmış Nahid İsmayılov 11 il əvvəl həyat yoldaşını Məhəbbət Məmmədova qısqanıb. Qısqanclıq səbəbilə o, əvvəlcə öz həyat yoldaşını qətlə yetirib.

Cinayətə görə 11 il həbs cəzası alan Nahid İsmayılov azadlığa çıxan kimi 11 il əvvəlki qısqanclığa görə daha iki nəfərin həyatına qıyıb.

Aprelin 11-də, gecə saatlarında Məhəbbət Məmmədovun evinə gələrək onunla qapıda mübahisə edib.

Daha sonra üstündə gətirdiyi ov tüfəngi ilə Məhəbbət Məmmədovun əvvəl qarnına, daha sonra başına atəş açıb.

Atəş səsinə çölə çıxan Məhəbbət Məmmədovun anası İstək Mahmudovaya da başından atəş açaraq qətlə yetirib.

Hər iki qətl hadisəsi Məhəbbət Məmmədovun azyaşlı oğlunun gözü qarşısında baş verib.

İstintaq orqanı tərəfindən Nahid İslamovun barəsində Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 221.3-cü (xuliqanlıq), 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 229.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələri və qurğuları hazırlama, habelə odlu silahı təmir etmə) maddələri ilə ittiham elan edilib.

Hazırda Şabran rayon Prokurorluğunda istintaq davam edir.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar