Xəzər Xəbər

Avtomobildən və evdən oğurluq etməkdə şübhəli bilinən şəxslər yaxalanıb

Hadisə | 15:37 • 6 Aprel 2020
Avtomobildən və evdən oğurluq etməkdə şübhəli bilinən şəxslər yaxalanıb

Xətai rayonunda oğurluqla məşğul olan şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, Xətai Rayon Polis İdarəsinin 36-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 23-də rayon ərazisində "Hyundai” markalı avtomobildən iki ədəd mobil telefonu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Babayev və Ağdam rayon sakini S.Əliyev yaxalanıblar.

Abşeron rayonundakı iki evdən 100 metr elektrik naqili, noutbuk, kombi aparatı və su mühərriki oğurlamaqda şübhəli bilinən Novxanı qəsəbə sakini, əvvəllər məhkum olunmuş R.Fərmanov rayon polis idarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.

Faktlarla bağlı araşdırmalar aparılır.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti