Xəzər Xəbər

Bakıda bağ evindən 14 min manatlıq oğurluq olub

Hadisə | 09:54 • 6 Aprel 2020
Bakıda bağ evindən 14 min manatlıq oğurluq olub

Bakıda bağ evindən 14 min manatlıq dəmir oğurlanıb.

Bakı şəhər sakininin Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən bağ evindən hasardan keçmək yolu ilə 14 min manatlıq dəmiri, 5 su nasosu və 2 ədəd qaynaq aparatı oğurlanıb.

Xəzər rayon Polis İdarəsi və 1-ci polis bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş, 1984-cü il təvəllüdlü T. Ələkbərov saxlanılıb.

Araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti