Xəzər Xəbər

Sumqayıtda yol polisi əməkdaşı qəzaya düşüb

Hadisə | 09:26 • 6 Aprel 2020
Sumqayıtda yol polisi əməkdaşı qəzaya düşüb

Sumqayıtda yol polisi əməkdaşı idarə etdiyi avtomobili ağaclara çırpıb. Hadisə şəhərin mərkəzində, Zülfü Hacıyev küçəsində qeydə alınıb.

Sumqayıt Şəhər Polis İdarəsindən xezerxeber.az-a bildirilib ki, aprelin 5-də sürücü 1985-ci il təvəllüdlü İsa Hüseynov özünə məxsus "Priora” markalı avtomobilin idarəetməsini itirərək nəqliyyat vasitəsini yol kənarındakı ağaclara çırpıb. İ. Hüseynov Sumqayıt Dövlət Yol Polisi Şöbəsinin əməkdaşıdır.

Qəza nəticəsində sürücü və həyat yoldaşı, 1987-ci il təvəllüdlü Fərqiyyə Hüseynova müxtəlif dərəcəli ciddi bədən xəsarətləri alıblar. Yaralılar Respublika Neyrocərrahiyyə Xəstəxanasına çatdırılıb.

F.Hüseynovanın vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti