Xəzər Xəbər

Binəqədidə kafe yanıb

Hadisə | 16:57 • 5 Aprel 2020
Binəqədidə kafe yanıb

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 200 m² olan kafenin çardağında plastmas konstruksiyadan ibarət tikili 8 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) xezerxeber.az-a  verilən məlumata görə, kafenin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti