Xəzər Xəbər

Goranboyda silah-sursat aşkarlandı - FOTO

Hadisə | 17:45 • 4 Aprel 2020
Goranboyda silah-sursat aşkarlandı - FOTO

Goranboy rayonunda silah-sursat tapılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Xocalı Rayon Polis Şöbəsinə (RPŞ) Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsindən Rus Borisi kəndinə gedən yolda yerləşən körpünün altında silah-sursat olması barədə məlumat daxil olub.

Dərhal RPŞ-nin əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçiriblər.

Araşdırmalar zamanı oradan iki ədəd 16 kalibrli ov tüfəngi, dörd ədəd avtomat sandığı, bir ədəd alışdırıcısı üzərində olmayan "F-1” əl qumbarası, bir ədəd pulemyot qatarı və 402 ədəd 7.62 mm-lik patron aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər lenti