Xəzər Xəbər

Tikinti materialları bazarında baş verən yanğın söndürülüb

Hadisə | 09:36 • 2 Aprel 2020
Tikinti materialları bazarında baş verən yanğın söndürülüb
Bakı şəhəri, Sabunçu rayonu, S.Qocayev küçəsində tikinti materialları bazarında baş verən yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. 

Bu barədə Fövqəladə Hallar Nazirliyindən xezerxeber.az-a bildirilib.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinə adıçəkilən ünvanda tikinti materialları bazarında yanğın olması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Xəbər lenti