Bakı şəhərinin Nizami rayonunda məcburi köçkünlərin məskunlaşdıqları dördmərtəbəli yataqxana binasında yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən xezerxeber.az-a bildiriblər ki, hadisə nəticəsində binanın birinci mərtəbəsində, ümumi sahəsi 40 kvadratmetr olan ikiotaqlı mənzildə ev əşyalarının bir hissəsi yanıb. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.