Xəzər Xəbər

Bakıda film kimi cinayət: oyuncaq tapança ilə... TƏFƏRRÜAT

Hadisə | 13:07 • 28 Fevral 2020
Bakıda film kimi cinayət: oyuncaq tapança ilə...

Bakının Sabunçu rayonunda cinayət hadisəsi törədilib.

Biləsuvar rayon sakini , 1989-cu il təvəllüdlü A.Əliyev Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsinə müraciət edib. O, fevralın 27-də Bakıxanov qəsəbəsi ərazisində 2 nəfərin ona oyuncaq tapança və bıçaqla hədə-qorxu gəlib, 400 manatını aldıqlarını, daha sonra isə "Audi” markalı avtomobildə hadisə yerini tərk etdiklərini bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Abşeron rayon sakinləri - 1996-cı il təvəllüdlü G.Həsənquliyev, 1995-ci il təvəllüdlü Ə.İbrahimov və avtomobilin sürücüsü Bakı şəhər sakini, 1998-ci il təvəllüdlü E.Qədirzadə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıblar.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb.

Araşdırma aparılır./Teleqraf

Xəbər lenti