Xəzər Xəbər

Bakıda kişi və qadın dəm qazından boğularaq ölüb

Hadisə | 18:28 • 24 Fevral 2020
Bakıda kişi və qadın dəm qazından boğularaq ölüb

Bakıda iki nəfər dəm qazından boğulub.


APA-nın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb. Rayon ərazisindəki evlərdən birində kirayədə yaşayanlar - 1960-cı il təvəllüdlü Qulamov Bəşir Əbülfəz oğlu və 1982-ci il təvəllüdlü (M.Z) dəm qazından boğularaq ölüblər.


Onlar qeyri-rəsmi nikah münasibətlərində olublar.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti