Xəzər Xəbər

Bakıda şadlıq evinin qarşısında 3 qardaş bıçaqlanıb

Hadisə | 09:29 • 20 Fevral 2020
 Bakıda şadlıq evinin qarşısında 3 qardaş bıçaqlanıb

Bakıda şadlıq evinin qarşısında 3 qardaş bıçaqlanıb.


Hhadisə paytaxtın Binəqədi rayonu ərazisində yerləşən "Tərlan" şadlıq sarayının qarşısında baş verib.


Hadisə nəticəsində şəhər sakinləri - 1995-ci il təvəllüdlü Röyal Abışov, qardaşları 1995-ci il təvəllüdü İmaməli Abışov, 1989-cu il təvəllüdlü Ramin Abışov müxtəlif növ bıçaq xəsarətləri alıblar.


Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Sərxan Mahmudov saxlanılıb.


Faktla bağlı Binəqədi rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb. (APA)

Xəbər lenti