Xəzər Xəbər

Pirallahı rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb

Hadisə | 12:56 • 15 Fevral 2020
Pirallahı rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb
Pirallahı rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs rayon polis şöbəsinin cinayət-axtarış bölməsi əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olunaraq saxlanılıb. 


Bakı Şəhər Baş Polis İdarəsindən xezerxeber.az-a bildiriblər ki, əməliyyat zamanı saxlanılan, əvvəllər Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə məhkum olunan 1996-cı il təvəllüdlü şəxsin mənzilindən 41,567 qram tiryək, 0,12 qram metafon, 400,912 qram marixuana aşkarlanaraq götürülüb.


Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər lenti

Çox oxunanlar