Xəzər Xəbər

Bakıda qadına bıçaqla hücum etdilər

Hadisə | 14:09 • 29 Yanvar 2020
Bakıda qadına bıçaqla hücum etdilər

Bakıda quldurluq hadisə baş verib.

XəzərXəbər Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinə Bakıxanov qəsəbəsi ərazisində bir qadının bıçaqla hədələnərək mobil telefonunun alınması barədə müraciət daxil olub.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Füzuli rayon sakini, əvvəllər məhkum olunmuş T.Namazov polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti