Xəzər Xəbər

Bakıda 8 maqnit udan uşaq əməliyyat edildi FOTO

Hadisə | 15:13 • 28 Yanvar 2020
Bakıda 8 maqnit udan uşaq əməliyyat edildi

Bakıda daha bir uşaq maqnit udub.

"Report" xəbər verir ki, 5 yaşlı uşaq ehtiyatsızlıqdan 8 ədəd maqnit udub. Uşağın valideynləri həkimə müraciət ediblər.

Məlum olub ki, maqnitlər uşağın nazik bağırsağını deşib. Həkimlər əvvəlcə qapalı əməliyyat edərək maqnitlərin 4-nü, daha sonra açıq əməliyyat həyata keçirilərək digər 4 maqniti bağırsaqdan çıxarıb. Maqnitlərin yaratdığı fəsadlar aradan qaldırılıb.

Hazırda uşağın vəziyyəti yaxşıdır və müalicəsini evdə davam etdirir.

Qeyd edək ki, bir neçə gün bundan qabaq 2 yaşlı uşaq 5 ədəd maqnit udmuşdu.



Xəbər lenti