Xəzər Xəbər

Goranboyda 4 otaqlı ev yandı Xəsarət alan var

Hadisə | 10:50 • 28 Yanvar 2020
Goranboyda 4 otaqlı ev yandı

Goranboy rayonunda yanğın baş verib.

XəzərXəbər Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Borsunlu kəndində ümumi sahəsi 110 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağının qamışdan ibarət tavanı 10 m² sahədə yanıb. Yanğın zamanı 1 nəfər xəsarət alıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti