Xəzər Xəbər

Qardaşların öldüyü dəhşətli hadisənin TƏFƏRRÜATI - Meyitlər "Lexus"dan çıxarıldı

Hadisə | 09:37 • 28 Yanvar 2020
Qardaşların öldüyü dəhşətli hadisənin TƏFƏRRÜATI -

Dünən Şəmkirdə baş vermiş ağır yol qəzası ilə bağlı bzi məqamlar dəqiqləşib.

XəzərXəbər xəbər verir ki, yanvarın 27-də saat 21:10-da rayonun Şiştəpə kənd sakini, 1983-cü il təvəllüdlü Əmiraslanov Ramin Söhrab oğlu idarə etdiyi "Lexus RX350” markalı, 57 CD 525 dövlət qeydiyyat nişanlı avtomobili rayon mərkəzinə gedən yolda aşırıb. Belə ki, Şiştəpədən Şəmkirə gedən yolun dağatəyi ərazidən keçən sərt döngəsində idarəetmədən çıxan cip dərəyə yuvarlanıb. Nəticədə sürücü ilə yanaşı əmisi oğlu 1977-ci il təvəllüdlü Habil Hüseyn oğlu Əmiraslanov və onun qardaşı, 1973-cü il təvəllüdlü Şahin Huseyn oğlu Əmiraslanov hadisə yerində ölüb.

Məlumata görə, dəhşətli qəzada ölən şəxslər Rusiyada biznes fəaliyyəti ilə məşğul olurmuş və vaxtaşırı qonşu ölkəyə gedib-gəlirmiş.

Baş vermiş hadisə ilə bağlı Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə iş açılıb, araşdırma aparılır.

Xəbər lenti