Xəzər Xəbər

Bakıda 40 nəfərin zəhərlənməsi xəbərinə rəsmi reaksiya: "Cəmi 14 nəfər..."

Hadisə | 15:15 • 26 Yanvar 2020
Bakıda 40 nəfərin zəhərlənməsi xəbərinə rəsmi reaksiya:

Bakıda bir gündə 40 nəfərin dəm qazından kütləvi zəhərlənərək 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilməsi ilə bağlı bəzi saytlarda yayılan məlumat yalandır.

Bunu Trend-ə açıqlqmasında 1 saylı Kliniki Tibbi Mərkəzin baş həkimi Ədalət Dadaşov deyib. Baş həkim bildirib ki, müəyyən maraqlı şəxslər cəmiyyətdə ajiotaj yaratmaq üçün yalan məlumatlar yayır: "Bildirmək istəyirəm ki, dünən toksikologiya şöbəsinə Bakının ayrı-ayrı ərazilərindən fərdi qaydada ümumilikdə 14 nəfər dəm qazından zəhərlənmə ilə gətirilib. Həmin şəxslərə ilkin tibbi yardım göstərilib, ambulator yardımdan sonra hamısı evə buraxılıb. Dünən Bakıda heç bir kütləvi zəhərlənmə baş verməyib. Bəziləri yalan məlumatlar yaymaqla nəyəsə nail olmaq istəyirlər".

Xatırladaq ki, bəzi saytlarda dünən Bakıda dəm qazından kütləvi zəhərlənmə olması və nəticədə 40 nəfərin 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilməsi barədə məlumat yayılıb.

Rubrikanın digər xəbərləri

Kəlbəcərdə yük maşını aşıb
Kəlbəcərdə yük maşını aşıb ölən var
15:26 • 17 Mart 2024
Xəzər dənizində
Xəzər dənizində ZƏLZƏLƏ
19:12 • 15 Mart 2024
Bakıda iki nəfər tonqala düşüb
Bakıda iki nəfər tonqala düşüb
11:33 • 13 Mart 2024
Kart daxil etmədən bankomatlardan pul çıxarılıb
Kart daxil etmədən bankomatlardan pul çıxarılıb FİLM KİMİ CİNAYƏT
09:35 • 13 Mart 2024
Polis əməkdaşları həlak olublar
Polis əməkdaşları həlak olublar
06:43 • 13 Mart 2024
Balakəndə bacısını bıçaqlayan şəxs
Balakəndə bacısını bıçaqlayan şəxs SAXLANILDI
09:40 • 12 Mart 2024

Xəbər lenti