Xəzər Xəbər

Bakıda marşrut avtobusu ilə minik avtomobili toqquşub, 6 nəfər yaralanıb

Hadisə | 11:48 • 25 Yanvar 2020
Bakıda marşrut avtobusu ilə minik avtomobili toqquşub, 6 nəfər yaralanıb

Baş Dövlət Yol Polisi İdarəsi yanvarın 25-də paytaxtın Sabunçu rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb.


İdarəndən xezerxeber.az-a bildirib ki, yanvarın 25-də saat 7:00 radələrində Zabrat-Maştağa avtomobil yolundakı körpünün üzərində sürücü Cahangirov Elgün Otello oğlunun idarə etdiyi "Ayşən LTD” MMC-yə məxsus, 107 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən "Daewoo” markalı, 90-JL-290 dövlət qeydiyyat nişanlı avtobusla eyni istiqamətdə hərəkət edən və körpü üzərində idarəetmədən çıxaraq fırlanıb hərəkətin əks istiqamətində dayanmış, Quliyev Əbil Zabil oğlunun idarə etdiyi VAZ-2107 markalı, 10-MR-819 dövlət qeydiyyat nişanlı minik avtomobili toqquşub.


Qəza nəticəsində avtobusun sürücüsü və sərnişinləri, 1970-ci il təvəllüdlü Kərimova Aytən Əfələddin qızı, 1996-cı il təvəllüdlü Məmmədova Fidan Rasim qızı, 1961-ci il təvəllüdlü Balakişiyeva Mühbarə Cuma qızı, 1993-cü il təvəllüdlü Məmmədov Əli Rasim oğlu, 1996-cı il təvəllüdlü Həsənov Elşən Məmməd oğlu və 1991-ci il təvəllüdlü Rüstəmzadə Murad İlqar oğlu yüngül dərəcəli xəsarətlər alaraq 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıblar.


Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti