Xəzər Xəbər

Bakı və Kürdəmir sakinlərindən silah-sursat götürülüb

Hadisə | 12:57 • 21 Yanvar 2020
Bakı və Kürdəmir sakinlərindən silah-sursat götürülüb

Bakı və Kürdəmir sakinlərində silah-sursat aşkarlanıb.


Bu barədə xezerxeber.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.


Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Həsənovdan "Makarov” markalı tapança, 1 ədəd patron darağı və 7 ədəd patron götürülüb.


Kürdəmir rayon polis şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Muradxan kənd sakini Q.Talıbovdan müvafiq sənədləri olmayan "İJ” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Xəbər lenti