Xəzər Xəbər

Adı “Qırmızı kitab”a düşən maralları satmaq istəyən şəxs saxlanıldı

Hadisə | 14:04 • 20 Yanvar 2020
Adı “Qırmızı kitab”a düşən maralları satmaq istəyən şəxs saxlanıldı

Qəbələdə adı "Qırmızı kitab”a düşən maralları satmaq istəyən şəxs tutulub.

Daxili işlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan XəzərXəbər-ə verilən məlumata görə, Qəbələ Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında rayonun Vəndam qəsəbəsində keçirilən əməliyyat tədbirləri nəticəsində Zaqatala rayon sakini Hacıömər Abbasovun idarə etdiyi "İveco” markalı yük avtomobili saxlanılıb.

Avtomobilin yük yerinə baxış keçirilən zaman oradan adı Azərbaycan Respublikasının "Qırmızı kitabı”na düşən 2 baş maral aşkar edilib. Sürücü H.Abbasov şübhəli şəxs qismində saxlanılıb. O,ifadəsində həmin maralları Zaqataladan Qəbələ rayonuna satmaq məqsədilə gətirdiyini bildirib.

Polis əməkdaşları tərəfindən həmin marallar Şahdağ Milli Parkına təhvil verilib.

Faktla bağlı Qəbələ RPŞ-də araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti