Xəzər Xəbər

Piyadanı vurub hadisə yerindən qaçan sürücü tutulub

Hadisə | 22:12 • 15 Yanvar 2020
Piyadanı vurub hadisə yerindən qaçan sürücü tutulub

Ötən il dekabrın 29-da saat 23 radələrində Abşeron rayonu ərazisində naməlum avtomobillə Sumqayıt şəhər sakini M.Hüseynov vurulub və o, xəsarətlə xəstəxanaya yerləşdirilib.


Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, yol qəzasını törədərək hadisə yerindən yayınmış "VAZ-21074” markalı avtomobilin sürücüsü, Sumqayıt şəhər sakini T.Ağayev Baş İstintaq və Təhqiqat İdarəsi və Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilərək saxlanılıb.


Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Xəbər lenti