Xəzər Xəbər

Bakıda polis kafedə əməliyyat keçirdi CİNAYƏT BAŞINDA TUTULDU

Hadisə | 14:22 • 14 Yanvar 2020
Bakıda polis kafedə əməliyyat keçirdi

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları paytaxtda əməliyyat keçirib.

XəzərXəbər Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, daxil olmuş müraciət əsasında keçirlən əməliyyat tədbirləri nəticəsində yanvarın 9-da Yasamal rayonu ərazisindəki kafelərin birində Bakı şəhər sakini, əvvəllər qəsdən sağlamlığa yüngül zərər vurma, oğurluq, dələduzluq, əmlakı ehtiyatsızlıqdan məhv etmə və ya zədələmə və xuliqanlığa görə məhkum olunmuş A.Şirəliyev paytaxt sakini R.Abdiyevi hədələyərək 3000 ABŞ dollarını alarkən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti