Xəzər Xəbər

Bakıda yol qəzalarında 3 nəfər öldü

Hadisə | 14:13 • 14 Yanvar 2020
Bakıda yol qəzalarında 3 nəfər öldü

Daxili İşlər Nazirliyi ötən gün baş verən ağır yol qəzaları ilə bağlı məlumat yayıb.

XəzərXəbər nazirliyin saytına istinadən xəbər verir ki, yanvarın 13-də saat 13 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində Bakı şəhər sakini Z.Allahverdiyev idarə etdiyi "Mercedes” markalı yük avtomobili ilə yolu keçən paytaxt sakini Mayıl Ağayevi vurub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Bakının Nərimanov rayonunda isə yanvarın 13-də saat 6 radələrində F.X.Xoyski küçəsində Füzuli rayon sakini N.İsmayılov idarə etdiyi "BMW” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Əlimusa Əmirovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Bundan başqa dünən saat 7 radələrində Abşeron rayonunun Mehdiabad qəsəbəsi ərazisində qəsəbə sakini Namiq Ağayev idarə etdiyi "Daewoo” markalı avtomobillə yolu keçən həmyerlisi Hidayət Əliyevi vurub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.dahabir ağır qəza yanvarın 13-də saat 6 radələrində Xətai rayonunun Neapol küçəsində baş verib. Bakı şəhər sakini Elşad Nağıyev idarə etdiyi "Hyundai” markalı avtomobili yolun kənarında dayanmış paytaxt sakini R.Quliyevə məxsus "Mercedes” markalı evakuatora vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş E.Nağıyev orada ölüb.

Ötən gün saat 22 radələrində Xaçmaz şəhəri ərazisində Xudat şəhər sakini R.Ağabəyov idarə etdiyi "Ford” markalı avtomobillə yolu keçən Qusar rayon sakini İlahəddin Vəlimətovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Hər bir hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti