Xəzər Xəbər

Əcnəbi vətəndaşlara qarşı dələduzluq edən şəxslər yaxalanıb

Hadisə | 16:38 • 13 Yanvar 2020
Əcnəbi vətəndaşlara qarşı dələduzluq edən şəxslər yaxalanıb

Səbail Rayon Polis İdarəsinə müraciət edən əcnəbi vətəndaş B.Yetimov 2017-ci ilin yanvarında bir nəfərin onu aldadaraq 5100 manatını aldığını bildirib. Dələduzluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini H.Cəfərov idarənin 8-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyənləşdirilərək yaxalanıb.


Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 39-cu polis bölməsinə müraciət edən daha bir əcnəbi vətəndaş - N.Abakirova yanvarın 5-də hosteldə yaşadığı otaqdan mobil telefonunun və 2 min lirə pulunun oğurlandığını bildirib. Oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini T.Mustafayev keçirilmiş əməliyyat tədbirləri nəticəsində tutulub.


Hər iki faktla bağlı araşdırma aparılır.

Xəbər lenti