Xəzər Xəbər

Bakıda avtomobil evakuatora çırpıldı

Hadisə | 09:50 • 13 Yanvar 2020
Bakıda avtomobil evakuatora çırpıldı

Bakı şəhərinin Xətai rayonunda "Hyundai" markalı minik avtomobili yol kənarında dayanan evakuatora çırpılması nəticəsində yol-nəqliyyat qəzası baş verib.

XəzərXəbər Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda "Hyundai" markalı minik avtomobili yol kənarında dayanan evakuatora çırpılıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Xəbər lenti